Azərbaycan paytaxtında yağışlar davam edəcək

Azərbaycan paytaxtında yağışlar davam edəcək
# 24 avqust 2011 09:35 (UTC +04:00)
Bakı-APA. Sabah Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir açılacağı gözlənilir. Gecə və axşam saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-22, gündüz 23-28 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə proqnozlaşdırılır.

Avqustun 26-da paytaxtda buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 19-22, gündüz 23-28 dərəcə isti olacaq.

Avqustun 25-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 14-18 dərəcə isti olacaq.

Avqustun 26-da bölgələrdə arabir yağış yağacağı gözlənilir. Əsasən gecə və axşam bəzi rayonlarda leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 12-17 dərəcə isti olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR