TQDK tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş gənclərin qeydiyyat müddətində dəyişiklik edib

TQDK tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş gənclərin qeydiyyat müddətində dəyişiklik edib
# 26 avqust 2011 14:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş gənclərin qeydiyyat müddətində dəyişiklik edib. TQDK-dan APA-ya verilən məlumata görə, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş gənclərin son qeydiyyat günü avqustun 29-u müəyyən edilib. Lakin Azərbaycan Nazirlər Kabinetinin müvafiq qərarına əsasən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 27 avqust istirahət günü ilə 29 avqust iş gününün yeri dəyişdirildiyindən orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında qəbul olanların qeydiyyatı üçün son müddət avqustun 27-si saat 17:00 müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR