Aramsız yağışlar Azərbaycanın bəzi rayonlarında fəsadlar yaradıb

Aramsız yağışlar Azərbaycanın bəzi rayonlarında fəsadlar yaradıb
# 01 noyabr 2011 09:29 (UTC +04:00)
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 28-30 oktyabr tarixlərində respublika ərazisində hava şəraiti dəyişib, bəzi şəhər və rayonlarda yağış yağıb. Nəticədə, Salyan, Neftçala və Biləsuvar rayonlarında bəzi ərazilər yağış suları ilə dolub. Yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması üçün cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri xüsusi texnika vasitəsilə həmin ərazilərin yağış sularından təmizlənməsini həyata keçirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR