ABŞ-da cəmiyyətin təbəqələşmə səviyyəsi 30 illik tarixi maksimuma çatıb

ABŞ-da cəmiyyətin təbəqələşmə səviyyəsi 30 illik tarixi maksimuma çatıb
# 03 noyabr 2011 09:15 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ Federal Ehtiyatlar Sistemi (FES) işsizliklə mübarizədə tələbatı stimullaşdırmaq üçün əlavə tədbirlər görməyə hazır olduğunu bəyan edib. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, FES rəhbəri Ben Bernanke bu tədbirlərin məşğulluq səviyyəsini artıracağına əmin olduğunu bildirib.

Onun sözlərinə görə, ABŞ-dakı yüksək işsizlik səviyyəsinə dövri baxmaq lazımdır: “Bunun səbəbi isə qeyri-proporsional aşağı tələbatdadır. Belə bir şəraitdə monetar tənzimləyicilər kredit dərəcələrini aşağı salmaqla tələbatı stimullaşdıracaq əlverişli maliyyə şərtləri yaradırlar”.

B.Bernanke etiraf edib ki, bir çox vətəndaşlar ölkədəki iqtisadi vəziyyətdən məyus olurlar: “Mən də bundan məyusam. İşsizlik səviyyəsindən başqa, cəmiyyətin təbəqələşmə səviyyəsi də artmaqda davam edir və hazırda 30 illik tarixi maksimuma çatıb”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR