Lənkəranda aztəminatlı ailələrə bayram sovqatı paylanıb

Lənkəranda aztəminatlı ailələrə bayram sovqatı paylanıb
# 04 noyabr 2011 00:10 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Müqəddəs Qurban bayramı ərəfəsində Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) rayon ərazisində yaşayan Qarabağ müharibəsi əlillərini, qaçqın, köçkün və aztəminatlı ailələri sevindirib. APA-nın Cənub bürosunun məlumatına görə, bu gün müxtəlif kateqoriyalardan olan 1500 ailəyə çeşidli ərzaq məhsullarından ibarət bayram sovqatları paylanıb. ŞİH aparatının baş məsləhətçisi Ramiz Hacıyev Qurban bayramı günü də bu şəxslərə qurban ətlərinin veriləcəyini, kimsəsiz və yataq xəstələrinə isə bayram paylarının onların evlərində təqdim olunduğunu bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR