Gürcüstanda qurbanlıq heyvanların kəsilməsinə dövlət nəzarəti olmayacaq - FOTO

Gürcüstanda qurbanlıq heyvanların kəsilməsinə dövlət nəzarəti olmayacaq - <font color=red>FOTO</font>
# 05 noyabr 2011 13:45 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan Kənd Təsərrüfatı Nazirliyi Qurban Bayramı münasibətilə yeni sərəncam imzalayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Kvemo-Kartli bölgə qubernatoru Hüseyn Yusubov məlumat verib.

Onun sözlərinə görə, müsəlmanların yaşadığı bölgələrdə Qurban Bayramı münasibəti ilə kəsilən qurbanlıq heyvanların kəsilməsinə dövlət tərəfindən nəzarət olmayacaq: «Gürcüstan qanunlarına görə, satmaq üçün bazara çıxarılan heyvanların kəsilməsi prosesi yalnız sallaqxanalarda həyata keçirilir və baytar həkimin nəzarəti altında satışa icazə verilir. Gürcüstan Kənd Təsərrüfatı Nazirliyinin sərəncamı ilə bayram günləri zamanı müsəlmanların yaşadığı bölgələrdə qurbanlıq heyvanların sallaqxanalara gətirilmədən birbaşa əhalinin yaşadığı kəndlərdə kəsilməsinə icazə verilib. Nazirlik bu prosesdə baytar həkiminə ehtiyac olarsa, bu məsələni də həll etməyi planlaşdırıb».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR