Hazırda Bakı Metropolitenindən paytaxt sakinlərinin 35 faizi istifadə edir

Hazırda Bakı Metropolitenindən paytaxt sakinlərinin 35 faizi istifadə edir
# 08 noyabr 2011 12:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İş günlərində Bakı Metropolitenindən təxminən 600 min sərnişin istifadə edir. «APA-Economics»in məlumatına görə, bunu Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.
«Hazırda iş günləri ərzində imtiyazlı sərnişinlər də daxil olmaqla metrodan 600 minə yaxın sərnişin yararlanır ki, bu da Bakı əhalisinin 35-37 faizi deməkdir. Ümidvaram ki, gələcəkdə bu say artacaq», - deyə T.Əhmədov bildirib.

Qeyd edək ki, bu ilin sentyabr ayı ərzində Bakı Metropolitenindən 15,2 milyon və ya avqust ayına nisbətən 25,6% çox sərnişin yararlanıb. Cari ilin yanvar-sentyabr aylarında isə metrodan 132,4 milyon nəfər istifadə edib ki, bu da ötən ilin analoji dövrünə nisbətən 0,3% çoxdur.

Xatırladaq ki, 2011-ci ilin ötən dövrü ərzində Bakı metropolitenində sərnişin daşımasının həcmində ilk dəfədir ki, artım qeydə alınır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR