Zərdab rayonunda AMEA-nın Regional Seysmoloji Nəzarət Mərkəzinin Telemetrik Seysmik Stansiyası açılıb

Zərdab rayonunda AMEA-nın Regional Seysmoloji Nəzarət Mərkəzinin Telemetrik Seysmik Stansiyası açılıb
# 08 noyabr 2011 15:17 (UTC +04:00)
Zərdab. Zahid Abışov – APA. Zərdab rayonunda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Regional Seysmoloji Nəzarət Mərkəzinin Telemetrik Seysmik Stansiyasının açılış mərasimi keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, mərasimdə Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev, əlaqədar qurumların rəhbərləri iştirak ediblər.
Tədbirdə bildirilib ki, stansiyanın işləməsində günəş batareyalarından istifadə olunacaq.

Qeyd olunub ki, dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən ən müasir seysmoloji cihazlarla təchiz olunan stansiyanın əsas funksiyası yerin altında gedən prosesləri daha dəqiqliyi ilə öyrənmək və peyk vasitəsi ilə Zəlzələlərin tədqiqatı bürosuna ötürməkdən ibarətdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR