Azərbaycan ərazisində hava sabitləşir

Azərbaycan ərazisində hava sabitləşir
# 09 noyabr 2011 08:43 (UTC +04:00)
Səhər bəzi yerlərdə duman olaaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Gecə 1-4 dərəcə, gündüz 9-13 dərəcə isti olacaq.

Noyabrın 11-də havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı, axşama doğru buludluluğun artacağı gözlənilir.
Şimal-qərb küləyi əsəcək. Gecə 2-4 dərəcə, gündüz 9-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 10-da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında az yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 14-19 dərəcə şaxta təşkil edəcək.

Noyabrın 11-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, lakin noyabrın 11-də axşam əksər rayonlarda yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 10-13 dərəcə isti, noyabrın 12-də 6-10 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, noyabrın 12-də 0-4 dərəcə şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 15-20 dərəcə şaxta təşkil edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR