Ağdamda “Hər evə bir bayraq” aksiyası keçirilib

Ağdamda “Hər evə bir bayraq” aksiyası keçirilib
# 09 noyabr 2011 15:54 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu - APA. Dövlət Bayrağı Günü münasibətilə Ağdamda geniş tədbir keçirilib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, təmas xəttinə yaxın ərazidə yerləşən Soltanpud yüksəkliyində qurulan bayraq meydanında çoxlu sayda rayon sakini üçrəngli bayrağımızın kölgəsində bir araya gəlib. Tədbir başa çatdıqdan sonra yerli gənclər təşkilatları “Hər evə bir bayraq” aksiyası keçiriblər. Aksiyanın təşkilatçısı Amil Cavadov bildirib ki, “Hər evə bir bayraq” aksiyası bundan sonra da davam etdiriləcək.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra xeyli sayda yeniyetmə və gənc rayon ərazisindəki məcburi köçkün qəsəbələrinə üz tutaraq hər evə bir bayraq və dövlət bayrağı haqda məlumatları əks etdirən bukletlər paylayıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR