İrina Bokova: “Davamlı gələcəyi təmin etmək üçün “yaşıl” iqtisadiyyatla yanaşı, inklüziv və ədalətli “ekoloji cəmiyyət” yaratmalıyıq”

İrina Bokova: “Davamlı gələcəyi təmin etmək üçün “yaşıl” iqtisadiyyatla yanaşı, inklüziv və ədalətli “ekoloji cəmiyyət” yaratmalıyıq”
# 10 noyabr 2011 13:28 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “Təbii fəlakətlər bizim birliyimizin zəif olduğunu göstərir. İqlim dəyişikliyi cəmiyyətlərimizə təsir göstərir. Biomüxtəliflik planetin geoloji tarixində, ən əsası isə insanın fəaliyyəti nəticəsində yüksək templə yox olur. Qlobal iqtisadi böhranın göstərdiyi təzyiq getdikcə güclənir”. APA-nın məlumatına görə, bu sözləri UNESCO-nun baş direktoru İrina Bokova Beynəlxalq Elm Günü ilə bağlı müraciətində deyib.

İ. Bokova bildirib ki, bu məsələ gələn il Rio-de-Janeyroda keçiriləcək BMT-nın davamlı inkişaf üzrə konfransında əsas müzakirə mövzularından olacaq. O qeyd edək ki, 2012-ci il bəşəriyyətin rifahı naminə elmin ədalətli inkişafına əsaslanmış ekoloji cəmiyyətlərin qurulması yolunda dönüş dövrü olmalıdır: “Elm UNESCO-nun təqdim edəcəyi “yol xəritəsi”ndə mərkəzi yer tutur. Davamlı gələcəyi təmin etmək üçün “yaşıl” iqtisadiyyatla yanaşı, inklüziv və ədalətli “ekoloji cəmiyyət” yaratmalıyıq. Bu iki konsepsiyanı bir-birindən ayırmaq olmaz”.

Qeyd edək ki, bu il Beynəlxalq Elm Günü “Ekoloji cəmiyyətlərin qurulması yolunda: ədalət, inklüzivlik, iştirak” mövzusuna həsr olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR