“Abituriyent” jurnalının xüsusi buraxılışı çapa hazırlanır

“Abituriyent” jurnalının xüsusi buraxılışı çapa hazırlanır
# 11 noyabr 2011 11:34 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Abituriyent” jurnalının xüsusi buraxılışını çapa hazırlayır. Bu barədə APA-ya TQDK-nın mətbuat katibi Elnur Nağızadə bildirib. “Abituriyent” jurnalının sayca 11-ci buraxılışı bu il keçirilən qəbul imtahanlarında 600 və daha yüksək bal toplayan gənclərə həsr olunub. Jurnalda qəbul imtahanlarında yüksək nəticə göstərən gənclər haqqında ümumi məlumatlarla yanaşı, onlarla müsahibələr də yer alıb. Jurnalın buraxılmasında məqsəd qəbul imtahanlarında yüksək nəticə göstərən gəncləri ictimaiyyətə tanıtmaq və abituriyentləri yaxşı təhsil almağa həvəsləndirməkdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR