BDU-nun rektoru Vestminster Universitetinin professorunu qəbul edib - FOTO

BDU-nun rektoru Vestminster Universitetinin professorunu qəbul edib - <font color=red>FOTO</font>
# 12 noyabr 2011 12:19 (UTC +04:00)
Bakı - APA. Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov “Tempus” layihəsi çərçivəsində Vestminster Universitetinin professoru, İngiltərə “Tempus” layihəsinin koordinatoru Nino Porakişvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə qeyd edilib ki, BDU “Tempus” proqramı üzrə “Cənubi Qafqazda Biotibbi Elmlər Sahəsində Elektron Təhsilin və Distant Kursların İnkişaf etdirilməsi” adlı beynəlxalq layihənin iştirakçısıdır. Bu layihədə İngiltərənin Vestminster Universiteti, İtaliyanın Aquila Universiteti, Fransanın Brest Universiteti kimi aparıcı Avropa universitetləri, Cənubi Qafqazdan isə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Tibb Universiteti, Tiflis Dövlət Universiteti və digər ali təhsil ocaqları iştirak edir.

Professor Nino Porakişvili bildirib ki, layihənin məqsədi Cənubi Qafqaz universitetlərində elektron və distant təhsil vasitəsilə Tibbi Molekulyar Biologiya sahəsini inkişaf etdirməkdən və bu sahədə birgə magistrantların hazırlanmasından ibarətdir. Xanım Porakişvilinin sözlərindən o da məlum olub ki, BDU-nun 4 əməkdaşı yuxarıda adıçəkilən Avropa universitetlərində Molekulyar biologiya sahəsində 2 həftəlik distant və elektron təhsil sahəsində keçirilən təlimlərdə uğurla iştirak edib.

Akademik Abel Məhərrəmov isə BDU və tərəfdaş Avropa universitetləri arasında distant təhsilin qurulması üçün ayrılmış vəsait hesabına 10 ədəd kompyuterin alındığını və distant təhsil üçün xüsusi otağın yaradıldığını bildirib. Rektor həmçinin bu layihə çərçivəsində BDU-da magistratura pilləsində Tibbi Molekulyar Biologiya ixtisasının açılacağının planlaşdırıldığını, təhsilin Vestminster Universitetinin proqramına uyğun olaraq ingilis dilində keçiriləcəyinin də nəzərdə tutulduğunu qeyd edib. Rektorun sözlərindən o da məlum olub ki, bu ixtisasa qəbul olunan magistrantlar molekulyar biologiya sahəsində distant təhsil ala biləcək, magistraturanı bitirəndən sonra həm BDU-nun, həm də Vestminster Universitetinin ikili magistr diplomlarını alacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR