Azərbaycanda vərəm diaqnostika xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı proqram həyata keçiriləcək

Azərbaycanda vərəm diaqnostika xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı proqram həyata keçiriləcək
# 15 noyabr 2011 13:30 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “Səhiyyə Nazirliyinin Vərəm üzrə Milli Proqramı çərçivəsində nazirlik ilə Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda bir neçə proqram həyata keçirəcək. Onlardan biri vərəm laborator sisteminin gücləndirilməsi və diaqnostika xidmətlərinin yaxşılaşdırılmasıdır”. Bu haqda APA-ya ÜST-ün Azərbaycandakı nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cavahir Süleymanova bildirib. Onun sözlərinə görə, bu məqsədilə ÜST-ün Avropa Bürosunun Vərəm Proqramın Laboratoriya üzrə mütəxəssisi Kristin Kremer və beynəlxalq ekspert Marija Joncevska dekabrda Azərbaycana gələcək: “Mütəxəssislər Bakı şəhərində və respublikanın regionlarında vərəm üzrə laboratoriyalara baş çəkəcəklər və aparılan işlərin nəticələri haqqında hesabat hazırlanaraq Səhiyyə Nazirliyinə təqdim edəcəklər. Hesabatda vərəm laborator sisteminin gücləndirilməsi və diaqnostika xidmətlərinin yaxşılaşdırılması istiqamətində ekspertlərin tövsiyələri öz əksini tapacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR