Masallıda Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərə mükafatların təqdimat mərasimi keçirilib - FOTO

Masallıda Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərə mükafatların təqdimat mərasimi keçirilib - <font color=red>FOTO</font>
# 15 noyabr 2011 13:35 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında 18 oktyabr 2011-ci il tarixdə sərəncam imzalayıb. Həmin sərəncamla Masallı rayonundan da iki nəfər - Əsədov Cavanşir Nəbi oğlu və Paşayev Səfalı Bayraməli oğlu “Tərəqqi” medalı ilə təltif olunub. APA-nın cənub bürosunun məlumatına görə, bu gün Masallı Rayon İcra Hakimiyyəti (RİH) aparatında həmin şəxslərə medalların təqdimetmə mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan RİH-nin başçısı Qəzənfər Ağayev təltif olunanları təbrik edərək, onlara gələcək işlərində uğurlar arzulayıb. “Tərəqqi” medalı alan Cavanşir Əsədov və Səfalı Paşayev yüksək təltifə görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlıqlarını çatdıraraq, bundan sonra da Vətənə sədaqətlə xidmət edəcəklərini bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR