Azərbaycanda ümumdünya yol qəzaları qurbanlarının xatirə günü qeyd olunacaq

Azərbaycanda ümumdünya yol qəzaları qurbanlarının xatirə günü qeyd olunacaq
# 17 noyabr 2011 10:47 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Yol hərəkətində təhlükəsizliyin təmin edilməsi, təbliğat işinin gücləndirilməsi və yol-qəza hadisələrinə ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Bakı şəhər Təhsil İdarəsinin 46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzi 21 noyabr - Ümumdünya Yol Qəzaları Qurbanlarının Xatirə Gününün Azərbaycanda qeyd olunmasını təklif edib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, bu məqsədlə ictimaiyyətin, xüsusilə də hər bir hərəkət iştirakçısının nəzərinə çatdırılır ki, qeyd olunan gün bir yerdə toplaşaraq yol-qəza hadisələrində həlak olanların xatirəsini yad etsinlər, həm də qəzalarda əlil olanlara maddi və mənəvi dəstək göstərsinlər.

Noyabrın 21-də 46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzində Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının, müəllimlərin, məktəblilərin, valideynlərin və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilməsi qərara alınıb. Tədbir çərçivəsində həmin gün saat 12:00-da yol qəzaları qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR