Respublika Gigiyena və Epidemiologiya Mərkəzi konservləşdirilmiş zeytun və turşuları yoxlayacaq

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi konservləşdirilmiş zeytun və turşuları yoxlayacaq
# 17 noyabr 2011 11:47 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda mağazalarda satılan konservləşdirilmiş zeytun və turşu məhsullarını yoxlayacaq. Bu barədə APA-ya RGEM-in qidalanma bölməsinin müdiri İmran Abdullayev bildirib.

Onun sözlərinə görə, yoxlamalara gələn həftə başlanacaq. Monitorinq zamanı həmin məhsulların istehsalında sterilizasiya qaydalarına əməl edilməsi, təhlükəsizlik və fiziki-kimyəvi göstəricilər yoxlanılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR