Səfir: “Azərbaycanlı tələbələri İordaniyada təhsil almağa çağırırıq”

Səfir: “Azərbaycanlı tələbələri İordaniyada təhsil almağa çağırırıq”
# 18 noyabr 2011 09:07 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “İordaniya ilə Azərbaycan arasında təhsil sahəsində normal əməkdaşlıq var. Hazırda Azərbaycan Tibb Universitetində 29 iordaniyalı tələbə təhsil alır”. APA-nın məlumatına görə, bunu İordaniya Krallığının Azərbaycandakı səfiri Adel Adaileh deyib.

Səfirin sözlərinə görə, İordaniya Ali Təhsil Nazirli ilə Azərbaycanın Təhsil Nazirliyi arasında əməkdaşlıq haqqında saziş var: “Gələcəkdə hər iki ölkənin təhsil sahəsində əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün lazımi addımlar atılacaq”.

Səfir deyib ki, hazırda İordaniyada 2 azərbaycanlı tələbə təhsil alır: “Azərbaycanlı tələbələrinin sayının az olması İordaniya tərəfi ilə bağlı deyil. Buna daha çox dil problemi mane olur. Əksinə, biz azərbaycanlı tələbələri İordaniyada təhsil almağa çağırırıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR