Azərbaycanın bəzi ərazilərində istirahət günləri hava yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq

Azərbaycanın bəzi ərazilərində istirahət günləri hava yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq
# 18 noyabr 2011 09:11 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6, gündüz 6-8 dərəcə isti olacaq.

Noyabrın 20-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçsə də, gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı proqnozlaşdırılır. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-5, gündüz 7-11 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 19-da bəzi yerlərdə hava yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 12-17 dərəcə şaxta təşkil edəcəyi proqnozlaşdırılır.

Noyabrın 20-də bölgələrdə gecə və axşam yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18 dərəcə şaxta təşkil edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR