Lənkəranda “quş qripi” ilə bağlı reyd keçirilib

Lənkəranda “quş qripi” ilə bağlı reyd keçirilib
# 21 noyabr 2011 13:45 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 1 saylı ərazi üzrə şöbəsi bu gün Lənkəranda “quş qripi” ilə bağlı növbəti reydini keçirib. APA-nın cənub bürosunun məlumatına görə, reyd Lənkəran rayonunun Nərimanabad qəsəbəsi və şəhərin Böyük Bazar ərazisində reallaşıb. Nərimanabadda keçirilən reyd zamanı qanunsuz ovla məşğul olan şəxsin çöl quşlarının ovlamasının şahidi olunub. Şöbə əməkdaşlarını görən brokonyer hadisə yerindən qaçaraq uzaqlaşmağa çalışıb. Brokonyerin qaçdığını görən şöbə əməkdaşları arxasınca qaçaraq, onu tutmağa çalışıblar. Brokonyer əlindəki ov silahını ataraq ərazidən qaçıb.
Reyd şəhərin Böyük Bazar ərazisində davam etdirilib. Burada çöl quşlarının qanunsuz alveri ilə məşğul olan şəxslərdən ümumilikdə 20 cütə yaxın ördək və qaşqaldaq aşkarlanaraq götürülüb. ETSN-nin 1 saylı ərazi idarəsinin rəis müavini Əlizamin Həmidov “quş qripi” təhlükəsi ilə bağlı qadağanın qaldığı müddətdə belə reydlərin mütəmadi olaraq keçiriləcəyini bildirib. Onun sözlərinə görə, bugünkü reyddə aşkar olunan ov silahının sahibinin kimliyi müəyyənləşdiriləcək və onun barəsində qanuna müvafiq tədbirlər görüləcək. Bazardan götürülən çöl quşları isə yandırılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR