Prezident İlham Əliyev Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb
# 21 noyabr 2011 17:48 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Ədliyyə Nazirliyinin bir sıra əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Bu barədə APA «Azərtac»a istinadən məlumat verir. Sərəncama əsasən, nazirliyin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Ələkbərov Malik Qulu oğlu, İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Qurbanov Faiq Mirəsədulla oğlu və Maliyyə və təminat idarəsinin rəisi
Muradov Aslan Nüsrət oğluna III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR