Lerik rayonunda torpaq sürüşməsi baş verib

Lerik rayonunda torpaq sürüşməsi baş verib
# 22 noyabr 2011 12:43 (UTC +04:00)
Kənd sakinlərinin APA-nın cənub bürosuna verdikləri məlumata görə, kənd sakini Güləhməd Məmmədova məxsus yaşayış evinin yaxınlığında torpaq 1 metrə kimi çökərək kənd arası yolu bağlayıb. Nəticədə nəqliyyat vasitələrinin qonşu yaşayış məntəqələrinə hərəkətində məhdudiyyətlər yaranıb. İntensiv yağışlar kənddə 30 hektaradək taxıl zəmisini yuyub aparıb.
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov APA-nın yerli bürosuna açıqlamasında mövcud vəziyyətdən artıq xəbərdar olduqlarını və müvafiq tədbirlərin görüləcəyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR