Azərbaycan paytaxtında gecə və səhər yollar buz bağlayacaq

Azərbaycan paytaxtında gecə və səhər yollar buz bağlayacaq
# 24 noyabr 2011 10:17 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, noyabrın 24-dən 25-nə keçən gecə Bakı və Abşeron yarımadasında qar yağacağı, səhər tədricən kəsiləcəyi, günün ikinci yarısında dəyişkən buludlu, əsəsən yağmursuz hava şəraiti gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da noyabrın 25-də hava şəraitinin yağıntılı olacağı, sulu qar, qar yağacağı, gecə şərq rayonlarında arabir intensivləşəcəyi gözlənilir. Gecə 0-4 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18 dərəcə şaxta təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 25 və 26-da Abşeron yarımadasında soyuq temperatur diskomfortu meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR