BDU-da Sinxay inqilabının 100 illiyi qeyd edilib – FOTO

BDU-da Sinxay inqilabının 100 illiyi qeyd edilib – <font color=red>FOTO </font>
# 24 noyabr 2011 12:56 (UTC +04:00)
Bakı-APA. Bu gün Bakı Dövlət Universitetində (BDU) Sinxay inqilabının 100 illiyi münasibətilə elmi konfrans keçirilib. BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, Tarix və Şərqşünaslıq fakültələri, universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan konfransdan öncə Sinxay inqilabı və Çinin müasir reallıqlarını əks etdirən foto-sərgiyə baxış keçirilib.
Konfransı açan rektor, akademik Abel Məhərrəmov Sinxay inqilabının əhəmiyyətindən danışıb, Çin və Azərbaycan xalqlarının tarixi əlaqələrindən, Çinin dinamik inkişafından bəhs edib. A. Məhərrəmov Konfutsi İnstitutunun fəaliyyəti haqqında məlumat verib, universitetdə çin dili və ədəbiyyatı üzrə mütəxəssislərin hazırlandığını və səmərəli nəticələrin əldə edildiyini bildirib. Çinin Azərbaycandakı səfiri Can En Yan konfransın əhəmiyyətini qeyd edib, Sinxay inqilabından danışıb. Dosent Atamaoglan Məmmədlinin məruzəsi isə auditoriya tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Sinxay inqilabı nəticəsində Çində Mançur sülaləsi devrilib, Çin imperiyası dağılıb və respublika elan edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR