Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə test imtahanı keçirilir

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə test imtahanı keçirilir
# 25 noyabr 2011 10:17 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə test imtahanı keçirilir. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə,
4 oktyabr, 21 oktyabr və 4 noyabr tarixlərində komissiya 97 dövlət orqanında inzibati vəzifələrin altıncı – doqquzuncu təsnifatlarına uyğun olan 887 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib. Oktyabrın 4-ü və 21-də elan edilmiş müsabiqələr üzrə sənəd qəbulu müvafiq olaraq noyabrın 3-ü və 21-də başa çatıb. Noyabrın 4-də elan edilmiş müsabiqə üzrə sənəd qəbulu isə dekabrın 5-də başa çatacaq.
“Dövlət qulluğu haqqında” qanunun tələbini rəhbər tutaraq Dövlət Qulluğu Məsələləri üzrə Komissiya oktyabrın 4-ü və 21-də elan edilmiş müsabiqələr üzrə qeydiyyatdan keçmiş namizədlərin test imtahanını noyabrın 25-nə təyin edib.

Test imtahanı ilk növbədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti, Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi və Səhiyyə Nazirlikləri üzrə keçirilir.
Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üzrə 5 vakant vəzifəyə qarşı 190 namizəd, Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi üzrə 1 vakant vəzifəyə qarşı 56 namizəd, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti üzrə 2 vakant vəzifəyə qarşı 101 namizəd, Səhiyyə Nazirliyi üzrə 10 vakant vəzifəyə qarşı 111 namizəd qeydə alınıb.
Test imtahanı kompüter vasitəsilə keçirilir və nəticələri imtahan başa çatdıqdan sonra qısa müddət ərzində namizədlərə təqdim ediləcək. Eyni zamanda nəticələr Komissiyasının rəsmi internet saytında yerləşdiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR