Qəbələdə “Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah” adlı beynəlxalq düşərgə davam edir

Qəbələdə “Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah” adlı  beynəlxalq düşərgə davam edir
# 26 noyabr 2011 09:09 (UTC +04:00)
APA-nın məlumatına görə, beynəlxalq tədbirin əsas məramı ekoloji problemlərin yaratdığı təhlükələrin qarşısını almaq üçün cəmiyyətin və xüsusən də gənclərin səylərini səfərbər etməkdir. 40-a yaxın ölkə nümayəndəsinin qatıldığı Qəbələ düşərgəsi bu sahədə hökumətlərin və cəmiyyətin edə biləcəklərini müəyyən edir. Bu gün iclas ayrı-ayrı panellərdə davam edib. Dünyanın müxtəlif ölkələrindən olan gənclər iqlim dəyişikliyi, iqtisadi tərəqqinin ekoloji fəsadları, karbon tullantıları və digər məsələlər barədə müzakirələr aparıblar. Düşərgənin əsas panel mövzuları isə aşağıdakılardır: Yeni və yaranmaqda olan qlobal problemlərin həllində gənclərin rolu, ətraf mühit üzrə əməkdaşlıq üçün perspektivlər - şəbəkə və ictimaiyyətə dəstək layihələri və yaşıl iqtisadiyyatın inkişaf etdirilməsi.
Tədbirdə çıxış edənlər ekoloji problemlərin ciddi fəsadlara çevrilməməsi işində gənclərin üzərinə xüsusi yükün düşdüyünü qeyd etdilər. Bu mənada karbon tullantılarının qlobal ekologiya üçün ciddi təhlükə mənbəyi olduğu vurğulanıb. Bildirilib ki, bu sahədə müsbət irəliləyişə nail olmaq üçün dünya gənclərinin bir platformadan çıxış etməsi bir zəruridir.
İDEA (İnternational Dialogue on Environmental Action) ətraf mühit kampaniyası 12 iyul 2011-ci ildə Heydər Əliyev Fondunun viste-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayıb. Kampaniyanın əsas vəzifəsi gəncləri bir araya gətirərək, onları ətraf mühitlə harmoniyada yaşamaq üçün məlumatlandırmaq və həvəsləndirməkdir.
Tədbirin nəticələrinə əsasən yekun Bəyannamə qəbul ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR