Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu elmi qrantların vergidən azad olunması təklifi ilə çıxış edib

Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu elmi qrantların vergidən azad olunması təklifi ilə çıxış edib
# 28 noyabr 2011 07:52 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Fondun icraçı direktoru Elçin Babayev bildirib. Onun sözlərinə görə, hazırda bununla bağlı müvafiq qurumlara müraciətlər hazırlanır: “Bu bizim üçün gündəmdə olan ən vacib məsələdir. Hazırda bununla bağlı digər ölkələrin təcrübəsi də öyrənilir. Artıq Rusiyada da bu istiqamətdə müvafiq addımlar atılıb”.

E. Babayev qeyd edib ki, EİF-in verdiyi qrantlara xüsusi yanaşma tətbiq olunacağına ümid edir: “Çünki bu, elmin inkişafına olan çox güclü stimuldur. Ölkə başçısının bu yaxınlarda verdiyi sərəncamla EİF-ə əlavə 3 milyon manat ayrılması da bu strategiyanın uzunmüddətli olmasını sübut edir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR