Lüksemburqda Avropa Şurası Mədəni Marşrutlar üzrə Məşvərət Forumu keçirilib – FOTO

Lüksemburqda Avropa Şurası Mədəni Marşrutlar üzrə Məşvərət Forumu keçirilib – <font color=red>FOTO </font>
# 29 noyabr 2011 09:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Lüksemburqda Avropa Şurasının Mədəni Marşrutlar üzrə Məşvərət Forumu keçirilib. Forumda Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir müavini-daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov iştirak edib. Nazirliyin turizm şöbəsindən APA-ya verilən məlumata görə, forumda məruzəçilər tərəfindən “Avropa Şurasının Mədəni Marşrutlarının yeni mərhələsi”, “Mədəni marşrutların strateji perspektivləri və əldə olunan birgə səmərəli nəticələr”, “Avropa İttifaqının 2014-2021-ci illər üzrə mədəni marşrutların inkişaf planı” və “Avropanın Hissəvi Sazişi çərçivəsində Avropa Mədəni Marşrutlar İnstitutunun vəzifələri” və mədəni marşrutların müvafiq sahələrin inkişafına göstərdiyi təsiri, brendləşdirilməsi, yeni texnologiyalardan istifadəsi mövzularında çıxışlar olub. Forum keçirilən zaman Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən sertifikatlaşdırılmış və hazırda fəaliyyətdə olan müxtəlif marşrutların təqdimatı keçirilib. Azərbaycanın Şərab Yolu beynəlxalq mədəni turizm marşrutu artıq “İter Vitas şərab marşrutu” layihəsinə daxil edilib. Forumda nazirliyin nümayəndəsi Avropa Mədəni Marşrutlar İnstitutunun direktoru cənab Mişel Tomas-Penet, Avropa Hissəvi Sazişin Prezidenti Elke Altzer və İcraçı katibi xanım Penelop Denu ilə görüş keçirib.
Görüşdə Azərbaycanda mövcud olan beynəlxalq mədəni turizm marşrutları, xüsusən də Avropa Şurasının Kiyev Təşəbbüsü layihəsi tərəfindən dəstəklənən Aleksandr Duma Qafqazda regional mədəni turizm marşrutu ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanda mədən marşrutların mövcud vəziyyəti, Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən Aleksandr Duma Qafqazda mədəni marşrutuna beynəlxalq sertifikatın verilməsi, Azərbaycanın Avropada fəaliyyət göstərən mədəni marşrutlara inteqrasiya olunması imkanları və aidiyyəti sahədə böyük təcrübəsi olan beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi görüşün əsas mövzusu olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR