Misir Mərdanov: “Banklar tərəfindən təhsil haqlarını ödəmək məqsədilə tələbələrə güzəştli kreditlərin verilməsi mexanizmi hələ dəqiqləşdirilməyib”

Misir Mərdanov: “Banklar tərəfindən təhsil haqlarını ödəmək məqsədilə tələbələrə güzəştli kreditlərin verilməsi mexanizmi hələ dəqiqləşdirilməyib”
# 29 noyabr 2011 09:53 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. “Azərbaycanda banklar tərəfindən təhsil haqlarını ödəmək məqsədilə tələbələr üçün güzəştli kreditlərin verilməsi məsələsi qanunvericilikdə nəzərdə tutulur. Amma onun həyata keçirilməsi mexanizmi hələ dəqiqləşdirilməyib”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib. Nazir deyib ki, bununla bağlı mexanizmlər dəqiqləşdirilmədiyindən Azərbaycanda bu prosesə başlanılmır: “Amma xarici ölkələrdə banklar və yaxud müəyyən qurumlar tələbələrə təhsil haqlarını ödəmək üçün güzəştli kreditlər verir. Bu dünyanın hər yerində var“.

M.Mərdanov Azərbaycanda bütün ali məktəblərin distant təhsilə keçidinin də hələ mümkün olmadığını qeyd edib: “Bunun üçün maddi-texniki baza lazımdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR