“Şəffaflığın artırılması - Korrupsiyaya qarşı mübarizə üzrə Fəaliyyət Planı” layihəsinə həsr olunmuş dəyirmi masa keçirilib - FOTO

“Şəffaflığın artırılması - Korrupsiyaya qarşı mübarizə üzrə Fəaliyyət Planı” layihəsinə həsr olunmuş dəyirmi masa keçirilib - <font color=red>FOTO</font>
# 02 mart 2012 10:07 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbiri “Şərq Tərəfdaşlığı” – Avropa Şurası Dəstək Proqramı Azərbaycanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası birgə təşkil edib.

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının üzvü, Milli Məclisin Komitə sədri Əli Hüseynli Fəaliyyət Planı ilə bağlı verdiyi dəstəyə görə Avropa Şurasına təşəkkür edib. O, tədbir iştirakçılarını təkliflərlə çıxış etməyə çağırıb. Ə. Hüseynli Azərbaycanda bəzi qurumlarda şəffaflıq və korrupsiya ilə mübarizədə iradə olduğunu vurğulayıb. O, nümunə kimi Dövlət Miqrasiya Xidmətini göstərib.

Tədbirdə Avropa Şurasının (AŞ) uzunmüddətli məruzəçisi Tilman Hoppe çıxış edərək Fəaliyyət Planının əhəmiyyətindən danışıb. O, AŞ-nın məqsədinin Azərbaycanda korrupsiya ilə mübarizədə ən yaxşı sənədin qəbul edilməsinə nail olmaq olduğunu bildirib.

Dəyirmi masada Baş Prokuror yanında Korrupsiya ilə Mübarizə İdarəsinin rəisi Kamran Əliyev Fəaliyyət Planının əhəmiyyətini vurğulayıb və rəhbəri olduğu qurum tərəfindən görülən işlərdən danışıb.

Tədbirdə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi İnam Kərimov, Korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərin Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev və başqaları çıxış ediblər.

Sonra tədbir iştirakçıları olan dövlət qurumları və QHT nümayəndələri Fəaliyyət Planı ilə bağlı öz təkliflərini səsləndiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR