Nazirlər Kabineti "Uşaq evlərinin Nümunəvi Əsasnaməsi"ndə dəyişikliklər edib

Nazirlər Kabineti "Uşaq evlərinin Nümunəvi Əsasnaməsi"ndə dəyişikliklər  edib
# 05 mart 2012 13:18 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Nazirlər Kabineti (NK) "Uşaq evlərinin Nümunəvi Əsasnaməsi"ndə dəyişikliklər edilməsi haqqında qərar verib. APA-nın NK-nin saytına istinadən verdiyi məlumata görə, dəyişikliyə əsasən, kabinetin 1994-cü il 19 sentyabr tarixli 339 saylı qərarı ilə təsdiq edilmiş "Uşaq evlərinin Nümunəvi Əsasnaməsi"ndəki "təhsil şöbələrinin" sözləri "icra hakimiyyəti orqanlarının" sözləri ilə əvəz edilib. Həmçinin sənəddəki “təhsil şöbəsi və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları " sözlərinin əvəzinə "yerli icra hakimiyyəti orqanı" sözləri yazılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR