Gəncədəki Gənclər Sarayı sökülür

Gəncədəki Gənclər Sarayı sökülür
# 06 mart 2012 08:11 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Gəncə şəhərində Heydər Əliyev parkında yerləşən Gənclər Sarayının sökülməsinə başlanılıb. Gəncə şəhər Gənclər və idman İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, saray söküldükdən sonra onun yerində müasir üslubda hər bir avadanlıqla təchiz olunmuş Gənclər Evi inşa ediləcək.
Qeyd edək ki, Gənclər Sarayı 1980-ci ildə inşa edilən, 1400 nəfərlik tamaşaçı tutumu olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR