Masallıda beynəlxalq folklor festivalı keçiriləcək - FOTO

Masallıda beynəlxalq folklor festivalı keçiriləcək - <font color=red>FOTO</font>
# 07 mart 2012 13:04 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sərəncamı ilə Masallının 2012-ci ildə “Azərbaycanın folklor paytaxtı” elan edilməsi çərçivəsində rayonda beynəlxalq folklor festivalı keçiriləcək. Bu barədə APA-nın cənub bürosuna məlumat verən Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Lətifə Mövsümovanın sözlərinə görə, iyun ayında keçirilməsi nəzərdə tutulan bu nüfuzlu sənət yarışmasında Bolqarıstan, Kanada, Peru, Kuba, İtaliya, İran, Türkiyə, Özbəkistan, Gürcüstan və Ukraynadan folklor kollektivləri iştirakı edəcək. Sözügedən ölkələrə dəvətnamələrin göndərildiyini bildirən şöbə müdiri, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu istiqamətdə lazımi köməklik göstərildiyini qeyd edib: “Bir həftə davam edəcək festivalın əsasnaməsi də hazırlanıb. İştirakçı kollektivlər üçün üzərində Masallı şəhərinin emblemi və “Azərbaycanın Folklor Paytaxtı Masallı” yazılan köynəklər sifariş edilib. Festival çərçivəsində həmçinin suvenirlərin satış yarmarkasının, müxtəlif növ əyləncəli proqramlarının, el sənətkarlarının əl işlərindən ibarət sərgilərin də keçirilməsi nəzərdə tutulub”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR