Azərbaycanda həkim sertifikasiya imtahanı zamanı ölüb

Azərbaycanda həkim sertifikasiya imtahanı zamanı ölüb
# 07 mart 2012 13:43 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bakı şəhərində Sertifikasiya Komissiyasında stomatologiya ixtisası üzrə keçirilən sertifikasiya imtahanı zamanı həkimlərdən biri vəfat edib. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib.

Onun sözlərinə görə, 55 yaşlı stomatoloq Yavər Yaqubov suallara cavab yazan zaman halı pisləşib və vəfat edib.

A. Qədirli deyib ki, mərhum infarkt keçirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR