“Azərsu”da 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib - FOTO
07 mart 2012 13:57 (UTC +04:00)
Bakı - APA-Economics. “Azərsu” ASC-də 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib. Bu barədə “APA-Economics”ə ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bu əlamətdar gün münasibətilə “Azərsu”nun qadın əməkdaşlarını rəhbərlik adından təbrik edən ASC sədrinin birinci müavini Teyyub Cabbarov 8 mart - Beynəlxalq Qadınlar gününün yaranma tarixinə nəzər salaraq bu bayramın dünyanın əksər ölkələrində qeyd olunduğunu bildirib.
Milli-mənəvi dəyərlərin əsrlər boyu yaşadılmasında Azərbaycan qadınlarının misilsiz xidmətlərinin olduğunu xatırladan T.Cabbarov müasir dövrdə də qadınların ölkəmizin ictimai-siyasi, elmi-mədəni həyatında yaxından iştirak etdiyini, su təsərrüfatı sektorunda mühüm nailiyyətlərin əldə edilməsində qadınların böyük əməyinin olduğunu vurğulayıb. Qadınların üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi və cəmiyyətdə fəal mövqe tutması yüksək qiymətləndirilib.
Tədbirin sonunda “Azərsu” ASC-nin xanım əməkdaşlarına bayram hədiyyələri təqdim edilib.

Sosial
Ölkə üzrə I siniflərə 132 261 uşaq qəbul olunub
12:50
12 sentyabr 2024
Tullantıların idarə edilməsinə dair qanunvericiliyə təklif olunan dəyişikliklər müzakirə edilib
12:37
12 sentyabr 2024
Koalisiya: Ermənistanda fəaliyyət göstərən mədən şirkətlərinin şəffaflığı aşağı səviyyədədir
11:50
12 sentyabr 2024
Tullantıların idarə edilməsi ilə bağlı strateji sənəd hazırlanır
11:38
12 sentyabr 2024