Magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri ilə bağlı apellyasiya komissiyası yaradılıb

Magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri ilə bağlı apellyasiya komissiyası yaradılıb
# 07 mart 2012 14:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsinin nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün apellyasiya komissiyası yaradıb. Bu barədə APA-ya TQDK-nın mətbuat xidmətindən bildirilib.
Bakalavrlar apellyasiya komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə, şəxsən müraciət etməlidirlər. Apellyasiya komissiyasının işi martın 9-u saat 17-00-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR