Bakı metrosunun “28 May” stansiyasının əsas girişi təmirə bağlanacaq

Bakı metrosunun “28 May” stansiyasının əsas girişi təmirə bağlanacaq
# 09 mart 2012 20:42 (UTC +04:00)
Bakı-APA. Cari il mayın axırlarında metronun “28 May” stansiyasının əsas girişi təmirə bağlanacaq. Bu barədə APA Azərtac-a istinadən məlumat verir.
Bakı metropoliteninin mətbuat xidmətindən bildirildiyinə görə, təmir işlərinə iyun ayında, tədris müəssisələrində tətil başlandıqdan sonra başlamaq planlaşdırılır. Təmir işləri təsdiq olunmuş layihəyə uyğun həyata keçiriləcək və stansiyanın girişini, vestibülünü və eskalatorlarını əhatə edəcəkdir. Hazırda stansiyanın modernləşdirilməsi işləri aparılır.
Təmir zamanı üçcərgəli eskalator sistemini dördcərgəli sistemlə əvəz etmək planlaşdırılır. Eskalatorlar Almaniyadan gətiriləcək.
Stansiyanın əsas girişinin təmiri ilə əlaqədar olaraq sərnişinlər Azadlıq prospektindəki ikinci girişdən, habelə “Cəfər Cabbarlı” stansiyasına girişdən istifadə edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR