Azərbaycanda Uşaq Məsələləri üzrə Koordinasiya Şurası yaradılır

Azərbaycanda Uşaq Məsələləri üzrə Koordinasiya Şurası yaradılır
# 13 mart 2012 13:36 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün BMT Uşaq Hüquqları Komitəsinin Azərbaycan hökumətinə təqdim etdiyi tövsiyələrin müzakirəsinə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, artıq Koodinasiya Şurasının əsasnaməsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib. H. Hüseynova bildirib ki, şuranın ildə iki dəfə toplanması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR