Sabirabadda Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə xəstəxana tikilir

Sabirabadda Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə xəstəxana tikilir
# 16 mart 2012 11:06 (UTC +04:00)
Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabad rayonunda Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə xəstəxana tikilir. Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Əsgərov bildirib. Məlumata görə, bu gün Sabirabadın Qəzli kəndində Yaponiya səfirliyinin maliyyə yardımı ilə 15 çarpayılıq xəstəxananın təməli qoyulub. Təməlqoyma mərasimində Yaponiya səfiri

Şusuke Vatanabe, millət vəkili Ceyhun Osmanlı, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, Qəzli kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR