Lerikə bir metrədək qar yağıb, əksər yaşayış məntəqələri işıqsız qalıb, kəndlərarası yollarda nəqliyyatın hərəkəti iflic olub

Lerikə bir metrədək qar yağıb, əksər yaşayış məntəqələri işıqsız qalıb, kəndlərarası yollarda nəqliyyatın hərəkəti iflic olub
# 17 mart 2012 07:11 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lerik rayon hidrometeoroloji stansiyasından APA-nın cənub bürosuna verilən məlumata görə, qarın qalınlığı rayon mərkəzində 40-45 sm, ucqar yaşayış məntəqələrində isə 80 sm-1 m-ə çatıb.

Yerli sakinlərin sözlərinə görə, indiyədək ilin bu vaxtlarında bu cür sərt hava şəraiti müşahidə olunmayıb. Yağan qar nəticəsində rayonun bir sıra yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi kəsilib, kəndlərarası yollarda nəqliyyatın hərəkəti iflic olub. Lənkəran-Lerik şosesi isə işlək vəziyyətdədir.

Lerik rayon hidrometeoroloji stansiyasından rayonda qarlı hava şəraitinin martının 18-ə kimi davam edəcəyi bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR