Azərbaycan Nazirlər Kabineti Gənclər Fondunun işçilərinin aylıq vəzifə maaşlarını təsdiq edib

Azərbaycan Nazirlər Kabineti Gənclər Fondunun işçilərinin aylıq vəzifə maaşlarını təsdiq edib
# 27 mart 2012 14:49 (UTC +04:00)
APA-nın NK-nın rəsmi saytına istinadən məlumatına görə, qərar "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli 542 nömrəli Fərmanının 4.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilib.

Qərara əsasən, Gənclər Fondunun icraçı direktorunun aylıq vəzifə maaşı 1210 manat, Fondun aparat rəhbərinin maaşı 913, baş mühasibinin 847, sektor müdirinin 800, baş məsləhətçisinin 726, aparıcı məsləhətçisinin 605, məsləhətçisinin maaşı 550 manat müəyyən edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR