Azərbaycan ərazisində iyun ayının hava proqnozu: Ayın əvvəlində hava qeyri-sabit keçəcək, leysan yağacaq, dolu düşəcək

Azərbaycan ərazisində iyun ayının hava proqnozu: Ayın əvvəlində hava qeyri-sabit keçəcək, leysan yağacaq, dolu düşəcək
# 30 may 2012 12:27 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. İyun ayında Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın və bir qədər yüksək olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, gələn ay aylıq yağıntının miqdarının bir çox rayonlarda iqlim normasından az və normaya yaxın, əsasən Naxçıvan MR-ın bəzi rayonlarında isə iqlim normasından bir qədər çox olacağı ehtimal olunur. İyun ayının birinci ongünlüyünün birinci yarısında ölkə ərazisində hava şəraitinin nisbətən qeyri-sabit keçəcəyi, əsasən gecə və axşam respublikanın bəzi rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Birinci ongünlüyün birinci yarısında temperatur iqlim norması daxilində tərəddüd edəcək, ongünlüyün ikinci yarısında isə tədricən 3-4 dərəcə yüksələcək.

Bakı və Abşeron yarımadasında orta aylıq temperatur 22-24 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr 17-22, gündüzlər 25-30 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə temperatur 32-35 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı kiçik mənfi və müsbət fərqlə iqlim normasına yaxın (norma 4-12 mm) olacaq.

Naxçıvan MR-da orta aylıq temperaturun 20-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 14-19, gündüzlər 26-31 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə 33-36 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 21-35 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 14-19 dərəcə isti olacağı gözlənilir. Bu, iqlim normasına yaxındır. Gecələr 8-13, gündüzlər 18-23 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə 26 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 86-130 mm) olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında orta aylıq temperaturun 20-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr 14-18, gündüzlər 25-30 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə 33 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 46-63 mm), bəzi yerlərdə isə bir qədər az olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperatur 19-23 dərəcə isti olacaq, bu da iqlim normasına yaxındır. Gecələr 12-17, gündüzlər 20-25 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə 28-33 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 18-179 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr 17-22, gündüzlər 28-33 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə 34-36 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 12-50 mm), bəzi yerlərdə isə bir qədər az olacağı proqnozlaşdırılır.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında orta aylıq temperaturun 17-22 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 15-19, gündüzlər 25-30 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə 31-33 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 29-47 mm) olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR