Məleykə Abbaszadə: “Bir daha xəbərdarlıq edirəm ki, məktəb direktorları və rayon təhsil şöbələrinin rəsmiləri buraxılış imtahanlarında iştirak etməyəcəklər”

Məleykə Abbaszadə: “Bir daha xəbərdarlıq edirəm ki, məktəb direktorları və rayon təhsil şöbələrinin rəsmiləri buraxılış imtahanlarında iştirak etməyəcəklər”
# 01 iyun 2012 08:55 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. TQDK sədri buraxılış imtahanlarının keçirilməsi ilə əlaqədar növbəti dəfə məktəb direktorları və rayon təhsil şöbələrinə xəbərdarlıq edib: “Həmin direktorlar valideynlərə vəd veriblər ki, narahat olmayın, heç bir problem olmayacaq. Amma bir daha xəbərdarlıq edərək bildirirəm ki, nə məktəb direktorları, nə də rayon təhsil şöbələrinin rəsmi şəxsləri imtahan prosesində iştirak etməyəcəklər və qiymətləndirməyə müdaxilə edə bilməyəcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR