Məişət tullantılarının nəzərdə tutulmuş yerlərdən kənara atılması və saxlanılmasına görə cərimələr tətbiq olunur

Məişət tullantılarının nəzərdə tutulmuş yerlərdən kənara atılması və saxlanılmasına görə cərimələr tətbiq olunur
# 01 iyun 2012 08:56 (UTC +04:00)
APA-nın xəbərinə görə, dəyişikliklər layihəsi barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Dəyişikliklərə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, həmin yerlərdə saxlanılmasına görə fiziki şəxslər 20 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 500 manat həcmində cərimə olunacaq. Şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər isə 1000 manat cərimə olunacaqlar.

Dəyişikliklər müzakirə olunaraq Milli Məclisin plenar iclasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR