Azərbaycanda 5 iyun - Ümumdünya ətraf mühitin mühafizəsi günü qeyd olunacaq

Azərbaycanda 5 iyun - Ümumdünya ətraf mühitin mühafizəsi günü qeyd olunacaq
# 01 iyun 2012 09:09 (UTC +04:00)
Bakı. Ruslan Yusibov – APA. Azərbaycanda 5 iyun - Ümumdünya ətraf mühitin mühafizəsi günü qeyd olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirlik 5 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir.

Bu il də 5 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində Bakıda və respublikanın rayonlarında ictimaiyyətlə birgə iməciliklər təşkil olunacaq, yaşıllıqlara qulluq ediləcək, o cümlədən bir sıra yerlərdə təmizlik abadlıq işləri aparılaraq ərazilər məişət tullantılarından təmizlənəcək.

Qeyd edək ki, 5 iyun 1972-ci il tarixdə BMT Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında ətraf mühitin mühafizəsi məsələsi diqqət mərkəzində olub, problemin kəskinliyini, əhali arasında ekoloji şüurun yüksəldilməsinin, ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldilməsinin vacibliyini nəzərə alan iştirakçılar 5 iyunun “Ümumdünya ətraf mühit günü” kimi qeyd olunmasına qərar verib və növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR