Hicran Hüseynova: “Valideynin məsuliyyəti uşağı dünyaya gətirməklə bitmir, ona 18 yaşınadək tərbiyə vermək lazımdır” - FOTOSESSİYA

Hicran Hüseynova: “Valideynin məsuliyyəti uşağı dünyaya gətirməklə bitmir, ona 18 yaşınadək tərbiyə vermək lazımdır” - <font color=red>FOTOSESSİYA</font>
# 01 iyun 2012 09:56 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən komitə sərdi Hicran Hüseynova Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlərdən danışıb. O bildirib ki, Azərbaycanda uşaqlarla bağlı dövlət proqramları qəbul edilir və bu sahədə güclü dövlət siyasəti həyata keçirilir.

Uşaqların müdafiəsinin hamı üçün vacib məsələ olduğunu deyən H. Hüseynova qeyd edib ki, valideynlərin məsuliyyətinin artırılması zəruridir: “Valideynin məsuliyyəti uşağı dünyaya gətirməklə bitmir, ona 18 yaşınadək tərbiyə vermək lazımdır. Elə problemlər var ki, valideyn tərəfindən zamanında ailə daxilində həll edilməlidir”.

Komitə sədri məktəblərdə açılmış psixoloq ştatının çox önəmli olduğunu söyləyib. Onun sözlərinə görə, məktəblərdəki psixoloq ştatları formal olaraq qalmamalı, psixoloqlar daim uşaqlarla işləməlidirlər.

Tədbirdə uşaq yaradıcılıq qrupları tərəfindən konsert proqramı nümayiş etdirilib. Sonra komitə tərəfindən beynəlxalq müsabiqə və yarışmalarda qalib gəlmiş uşaqlara diplom və hədiyyələr verilib.
.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR