Azərbaycanın milli kulinariya komandası beynəlxalq kulinariya çempionatında iştirak edib

Azərbaycanın milli kulinariya komandası beynəlxalq kulinariya çempionatında iştirak edib
# 01 iyun 2012 11:33 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Azərbaycanın milli kulinariya komandası mayın 12-17-də İspaniyanın Tenerife şəhərində keçirilən "Həyatın dadı" VII beynəlxalq kulinariya çempionatında iştirak edib. APA-nın məlumatına görə, Azərbaycan Milli Kulinariya Assosiasiyası İctimai Birliyinin rəhbəri Tahir Əmiraslanov keçirdiyi mətbuat konfransında bildirib ki, müsabiqəyə 4 ölkə - Azərbaycan, Ukrayna, Polşa və İspaniya qatılıb.

Azərbaycandan 3 aşpaz yarışlarda 12 fərdi (hər biri 4 fərdi) sinifdə və komanda sinfində iştirak edib. Çempionatda Asya Axundova 1 qızıl, 1 bürünc, 2 diplom (4-cü yer); Fəqan Ağayev 1 qızıl, 1 gümüş, 1 bürünc, Ağa Aşurov 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıblar. Komandamız 13 sinifdə 11 nəticə (3 qızıl, 2 gümüş, 4 bürünc və 2 diplom) göstərib.

T. Əmiraslanov çempionatda daha çox yerli ərzaqlardan istifadəyə üstünlük verdiklərini deyib: “Biz Azərbaycandan özümüzlə günəbaxan və zeytun yağları aparmışdıq. Yarış zamanı bu yağlardan digər komandalar da istifadə etdilər. Hesab edirik ki, yerli məhsulların keyfiyyəti də qazanılan nəticələrə öz müsbət nəticəsini göstərib”

T. Əmiraslanov iyunun 7-8-də Rusiyanın Çeboksarı şəhərində keçiriləcək yarışlarda Azərbaycan milli komandasının hazırlayacağı milli yeməklərə və süfrə dizaynına "Eurovision 2012" mahnı müsabiqəsinin elementlərinin də əlavə olunacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR