Dələduzluqda təqsirləndirilən qadın məhkəmə zalından azadlığa buraxılıb

Dələduzluqda təqsirləndirilən qadın məhkəmə zalından azadlığa buraxılıb
# 01 iyun 2012 11:43 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz yolla özünə pensiya düzəldərək dələduzluq əməli törədən Gülxarə Ələkbərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən G. Ələkbərova 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 4 il sınaq müddəti təyin olunub və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, G. Ələkbərova qanunsuz yolla yaşını artırıb və Əhalinin Sosial Müdafiə Mərkəzindən adına pensiya düzəltməyə nail olub. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR