Rusiya ali məktəblərinin azərbaycanlılar üçün ayrılmış boş qalan yerlərinə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb

Rusiya ali məktəblərinin azərbaycanlılar üçün ayrılmış boş qalan yerlərinə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb
# 01 iyun 2012 12:07 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Rusiya ali məktəblərinin boş qalan yerlərinə mayın 29-da Moskvada keçirilən qəbul imtahanının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, Rusiya ali məktəblərinin Azərbaycan vətəndaşları üçün ayrılmış yerlərinə Bakıda keçirilən imtahan zamanı 10 yer boş qalıb, 20 yer isə Rusiya hökuməti tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinə kvota olaraq ayrılıb. İmtahanın nəticələrinə əsasən, həmin yerlərə Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri olan 28 nəfər qəbul edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR