“Mənim Avropam” adlı uşaq rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Mənim Avropam” adlı uşaq rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 01 iyun 2012 12:12 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Avropa Gününə həsr olunmuş “Mənim Avropam” adlı uşaq rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. APA-nın məlumatına görə, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunmuş müsabiqəsində 6-10 və 11-14 yaş qruplarında 100-dən çox uçaq iştirak edib.

Kiçik yaş qrupunda Əminə Əlibəyli və Abdulla Axundov, böyük yaş qrupunda isə Nərminə Qurbanova və Miladi Quluzadə birinci və ikinci yerləri bölüşdürüblər. AB-nin Azərbaycandakı nümayəndəliyin rəhbəri Roland Kobia qaliblərə “İpad” və “İpod”lar, sertifikatlarla mükafatlandırıb.

Müsabiqənin ən kiçik iştirakçı 5 yaşlı Ülviyyə Məmmədova xüsusi mükafata layiq görülüb. Daha 10 iştirakçı 5 nominasiyada fərqləniblər.

R. Kobia uşaq rəsm müsabiqəsinin hər il keçirilməsini və müsabiqəyə daha çox uşaqların qatılmasını istədiklərini söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR